2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 1 miyard 617 milyon 752,1 min manat (cari məzənnə ilə $951,6 milyon - İF) gəlir əldə edib ki, bu da 2022-ci ilin I yarısının göstəricisindən 30,5% azdır.
7 ayda sərnişinlərin 5 faizi - TAKSİDƏN İSTİFADƏ EDİB
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşımalardan 980 milyon 239,6 min manat gəlir (azalma 48,2%) əldə edilib. Bu gəlirlərin əsas həcmi – 979 milyon 625,7 min manatı (azalma 48,3%) beynəlxalq yükdaşımaların, 613,9 min manatı isə daxili yükdaşımaların (artım 58,9%) payına düşüb.
Hava nəqliyyatı ilə sərnişin daşımalarından 637 milyon 512,5 min manat məbləğində gəlir (artım 46,8%) əldə edilib. Gəlirlərin əsas həcmi - 613 milyon 176,6 min manatı (artım 54%) beynəlxalq sərnişindaşımaların, 24 milyon 335,9 min manatı (azalma 32,9%) daxili sərnişindaşımaların payına düşüb.
2023-cü ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə yükdaşımaların həcmi 166,8 min ton (azalma 32,1%), sərnişin daşımalarının həcmi 1 milyon 233,4 min nəfər (artım 49,6%) təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 4 milyard 904 milyon 809,7 min manat (artım 51,4%), o cümlədən yükdaşımalardan 3 milyard 642 milyon 937,9 min manat (artım 12,4%), sərnişindaşımalardan isə 1 milyard 261 milyon 871,8 min manat gəlir (artım 98,7%) əldə edib. (İnterfaks-Azərbaycan)