Azərbaycanda "Changan" markalı avtomobillərin sayında kəskin artım qeydə alınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2024-cü ildə Azərbaycanda "Changan" avtomobillərinin sayı 8 950 ədədə bərabər olub.
Bu, 2023-cü illə müqayisədə 4 086 ədəd və ya 80% çoxdur.
2023-cü ildə Azərbaycanda "Changan" avtomobillərinin sayı 4 864 ədəd idi.