İqtisadiyyat Nazirliyində Çinin “Yutong Bus Co. Ltd” şirkətinin nümayəndə heyəti ilə keçirilən görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi müzakirə edilib.
FED.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Yutong Bus Co. Ltd” şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-Çin iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi, Çinin ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb. Çin şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, nəqliyyat və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, sənaye zonaları barədə məlumat verilib.
Görüşdə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi imkanları nəzərdən keçirilib.
Çinin "Yutong" şirkəti kommersiya nəqliyyat vasitələrinin, xüsusən də elektrik avtobuslarının istehsalçısıdır. "Yutong" satış həcminə görə dünyanın ən böyük avtobus istehsalçılarından biridir.