“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Əmlak” MMC-nin rəhbərliyinə təyinat olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində - KADR DƏYİŞİKLİYİ
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Elçin Niyazova həvalə edilib.
O, bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lərin direktoru olub və yeni vəzifəsində Fərid Hüseynovu (ADY-yə məxsus "ADY Servis" MMC-nin qanuni təmsilçisi) əvəzləyib.
Xatırladaq ki, “ADY Əmlak” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 69 480 manatdır. (Report)