14 mart 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL ABB ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriya üçün daha da əlçatan edən yeni imkan təqdim edir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, artıq sərnişinlər TamKart kredit kartı ilə aviabiletləri faizsiz və komissiyasız taksitlə əldə edə bilərlər.
Aviabiletləri taksitlə almaq imkanı AZAL-ın bütün istiqamətləri üçün keçərlidir. TamKart kartı ilə aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya bölmək mümkündür. Aviabiletləri taksitlə əldə etmək üçün sərnişinlər:
- Bileti seçib ödəniş mərhələsinə keçməli;
- Ödəniş üsulu kimi TamKart-ı seçməlidirlər.
Hissə-hissə ödəniş imkanı ilə aviabiletləri onlayn qaydada AZAL-ın rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.
ABB-nin TamKart-ını onlayn sifariş vermək üçün: https://abb-bank.az/az/ferdi/kartlar.