“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu ilin birinci rübündə xidmət ixracından 4,5 milyon ABŞ dolları gəlir əldə edib.
Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, AZAL-ın xidmət ixracından gəlirləri ötən ilin birinci rübü ilə müqayisədə 0,7 milyon ABŞ dolları və ya 18,4% artıb. 2025-ci ilin yanvar-mart aylarında şirkətin xidmət ixracından gəlirləri 3,8 milyon ABŞ dolları olmuşdu.
AZAL xidmət ixracından əldə etdiyi gəlirlərlə qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçıların reytinqində 6-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 862 milyon ABŞ dolları təşkil edib. Birinci rübdə ölkənin qeyri-neft ixracının 464 milyon manatı, yəni 53,8%-i 20 şirkətin payına düşüb. Bunlardan 10-u ən çox ixrac edən dövlət, digər 10 şirkət isə ən çox ixrac edən özəl şirkətlərdir. Özəl şirkətlərin ilk 10-luğu dövlət şirkətlərindən daha çox məhsul ixrac edib - 255 milyon dollara qarşı 209 milyon dollar













