Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, sərnişindaşıma ilə məşğul olan müəssisə bu ildən avtobus idxal edəcəyi təqdirdə bununla bağlı güzəşt nəzərdə tutulurmu?
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, sürücü daxil olmaqla 10-dan çox insanı daşımaq üçün nəzərdə tutulmuş, sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad edilib. Bu səbəbdən, avtobusların idxalı 2020-ci il yanvarın 1-dək ümumi qaydada ƏDV-yə cəlb olunur.
2020-ci ilin yanvarın 1-dən tətbiq olunacaq bu azadolma benzin və dizel yanacağı ilə işləyən avtobusların idxalına şamil edilmir.