Rusiya-Ukrayna müharibəsi ətraf ölkələrə təkcə siyasi deyil, iqtisadi və huquqi cəhətdən də problemlər yaratmağa başlayıb. Qərbin bu müaribəyə görə Rusiyaya tətbiq etdiyi sanksiyaların təsirinə getdikcə daha çox Azərbayan təşkilatı düşməyə başlayıb.
ASCO gəmiləri ilə yükdaşımalar - 5 FAİZDƏN ÇOX ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, növbəti belə qurum – ölkənin ən byöük nəqliyyat şirkətlərindən biri, dəniz daşımaları üzrə dövlət operatoru olan Xəzər Dəniz Gəmiçiliyidir (ASCO). Buna səbəb, ASCO-nun gəmiləri ilə Rusiya neftinin daşınması olub.
Belə ki, 2025-ci ildə qurumun 5 gəmisi Avropa Birliyi və Britaniyanın sanksiyalarına məruz qalıb. ASCO-nun hesabatında bildirilir ki, bilavasitə Şirkətə məxsus olan 2 gəmi və Şirkətin birgə müəssisəsi olan «SA Maritime AFZECO» vasitəsilə birgə sahib olduğu 3 gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyalarına məruz qalıb. Bu barədə ASCO-nun illik hesabatında bildirilir.
Dəmir Yolları rəhbərliyinin - BONUSLARI AÇIQLANDI - MƏBLƏĞLƏR
Burada qeyd edilir ki, hazırda qurumun rəhbərliyi hüquqi araşdırmaya başlayıb və Şirkətin və onun birgə müəssisəsinin müvafiq sanksiyaları pozmadığını sübut etmək üçün apelyasiya müraciəti hazırlayır. Hələlik bu apelyasiyanın nəticəsi və vaxtı qeyri-müəyyəndir. Hesabatı hazırlayan auditor şirkəti hesab edir ki, sözügedən sanksiyaların ASCO-nun gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə təsiri əhəmiyyətli ola bilər: «Rəhbərlik vəziyyəti ciddi nəzarətdə saxlayır və gedişatdan asılı olaraq müvafiq tədbirlər görəcək»-deyə hesabatda bildirilir.
Bəs şirkət bu sanksiyaların aradan qaldırılması üçün hansı addımlar atır? Sözügedən sanksiyalar ASCO-nun fəaliyyətinə və gələcək dövrdə gözlənilən gəlirlərinə necə təsir edəcək?
Digər tərəfdən qeyd edək ki, hazırda ASCO-nun fəaliyyəti təkcə nəqliyyat sektorunun diqqətində deyil, bi r neçə il əvvəl Xəzər Dəniz Gəmiçiliyi ölkənin kapital bazarlarındailk dəfə olaraq yüksək gəlirli dollar istiqrazlarını buraxıb. Həmin istiqrazlara investorların böyük marağı olub, ASCO-nun gəlirləri xaricxi valyuta, o cümlədən ABŞ dollarıilə formalaşdığına görə, bu istiqrazların etibarlılığı və sahiblərinə gəlir gətirəcəyi şübhə doğurmurdu.
Bəs indi şirkətin gəmilərinə tətbiq edilən sanksiyalar ASCO istiqrazlarının gəlirliyinə və etibarlığına problem yarada bilərmi?
Bu suallarla bağlı Xəzər Dəniz Gəmiçiliyindən FED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə ASCO xarici şirkətlərlə əməkdaşlıq etdikdə sanksiyalar və onun tələblərini ciddi nəzarətdə saxlayıb, ona görə də sanksiyalı pozmadığından əmindir. Hazırda şirkət həm Azərbaycanın dövlət qurumları, həm də kənardan cəlb edilmiş şirkət vasitəsilə bu sanksiyaların aradan qaldırılması ilə bağlı iş aparır – etiraz məktubları göndərilir və iddialar qaldırılır.
ASCO bildirir ki, sözügedən (yəni sanksiya qoyulmuş) gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilib:
«ASCO həmin tərəflərin kommersiya fəaliyyəti üzrə məsuliyyət daşımasa da, gəmilərin beynəlxalq qaydalara, o cümlədən sanksiyalarla bağlı qəbul edilən tələblərə uyğun şəkildə istismarı çarter müqaviləsində şərt kimi əskini tapıb (yəni çarter müqaviləsində tələb kimi qoyulub ki, bu gəmilər sanksiyaları pozmamalıdır – FED.az). Paralel olaraq ASCO bu tələblərin yerinə yetirilməsinə ciddi nəzarət edib və nəzarət tədbirləri çərçivəsində hər hansı qayda pozuntusu aşkarlanmayıb».
Hazırda isə məsələnin hüquqi cəhətdən həlli üçün işlərə başlanılıb:
«Bu əsasla məsələnin həlli istiqamətində digər aidiyyəti dövlət qurumları ilə birgə beynəlxalq hüquq şirkəti cəlb olunmaqla, sanksiyalar barədə qərar qəbul etmiş təşkilat və ölkələrə etiraz məktubları göndərilib, həmçinin müvafiq məhkəmələrə iddia ərizələri ilə müraciət olunub. Hazırda məsələ hüquqi baxımdan baxılma mərhələsindədir».
Məsələnin kommersiya tərəfinə gəlincə, ASCO bildirir ki, vaxtilə bağlanmış müqavilələrə əsasən gəmilərin istismarı ilə bağlı kommersya məsuliyyəti onu icarəyə götürən tərəfinə üzərindədir, ona görə də sanksiyaların bu sahədə problem yaratması gözlənilmir: «Kommersiya tərəfinə gəldikdə, qeyd edildiyi kimi, gəmilərin istismarı və kommersiya məsuliyyəti icarəyə götürən tərəflərin üzərindədir. Bu baxımdan, sanksiya qərarları müvafiq müqavilələr üzrə nəzərdə tutulmuş ödənişlərin həyata keçirilməsinə təsir göstərmir».
O ki qaldı, sanksiyaların ASCO istiqrazlarına hər hansı problem yaratmasına, qurum bu ehtimalı da istisna edir, çünki şirkətin gəlirləri çoxşaxəlidir və müxtəlif mənbələrdən formalaşır.
«Şirkətin gəlir portfeli çoxşaxəlidir və maliyyə axınları təkcə qeyd olunan gəmilərin istismarı ilə məhdudlaşmır. Bu səbəbdən istiqraz sahibləri qarşısındakı öhdəliklərin yerinə yetirilməsi üçün bütün lazımi vəsaitlər təmin olunub və heç bir risk faktoru mövcud deyil. Bununla belə, bir daha qeyd edirik ki, məsələnin həlli istiqamətində müvafiq tədbirlər davam etdirilir. Bununla bağlı hər hansı qərar qəbul edildiyi təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək»-deyə ASCO-dan FED.az-a bildirilib.









