“Silk Way Holding”in törəmə aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC növbəti 4 ilə regionun nəhəng karqo şirkətinə çevrilməyi planlaşdırır.
Eləcə də bax: “Silkway West Airlines” şirkəti Ohayo ştatına - Karqo Uçuşlarına Başlayıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin istiqrazların emissiya prospektinə dair hesabatında qeyd edilir.
Hazırda Azərbaycan bazarında karqo hava daşımasında 81.10% paya sahib olduğu qeyd edilir. 2025-ci ilin sonuna bu rəqəmin 95%-ə çatdırılması hədəf götürülüb.
Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyə, Ukrayna və Qazaxıstanda mühüm paya sahib olacağı 2025-ci il üçün olan planındadır. Məsələn, Türkiyədə hava arqo daşımalarda 6.1% paya sahib olan “Silk Vey Vest Aviaşirkəti” MMC, növbəti 5 ilə 14%, müfaviq olaraq, Ukraynada 46.5%-dən 55%-ə, Qazaxıstanda isə 20%-dən 40%-ə qədər yüksəldəcəyi planlaşdırılır.