Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) 300 avtobusun tədarükçüsünü seçir. Bu barədə FED.az-a BNA-dan məlumat verilib.
Seçim açıq tender üsulu ilə aparılır.
Tenderdə iştirak haqqı 2500 manatdır.
Seçimdə zəruri texniki və maliyyə imkanları olan şirkətlər iştirak edə bilər.
nder təklifləri sentyabrın 6-dək qəbul olunur. Tender proseduru sentyabrın 7-də baş tutacaq.