Bu gün saat 08:20 radələrində ADY-yə məxsus lokomativ Şirvan-Hacıqabul mənzilində hərəktdə olarkən Şirvan şəhər sakini 1997-ci il təvəllüdlü Rəhimə Afət qızı Babayeva azyaşlı övladı ilə birgə qəfil qatarın qarşısına çıxıb.
FED.az xəbər verir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, hadisə qaçılmaz olub.
Xəsarət alan Rəhimə Babayeva dərhal xəstəxanaya çatdırılıb.
“ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı və onların həyatını təhlükəyə atmamalıdırlar”, - ADY-nin çağırışında deyilir.
Qeyd edək ki, bu ilin 9 ayında qatar yoluna insanların qəfil çıxması nəticəsində 10 hadisə baş verib. Hadisə nəticəsində 5 adam həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin baş vermə səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xəttini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub.