“ABŞ “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin hazırlıq mərhələsinə 140 milyon dollar investisiya yatıracaq”.
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
“Amerika tərəfinin investisiyalarına gəlincə: hazırda bildiyim qədərilə, artıq layihənin hazırlıq mərhələsi üçün 140 milyon dollar ayrılıb. Konkret investisiyalara gəldikdə isə, onlar layihələrdən asılı olacaq. Yəni bu artıq ilkin hesablamalardan asılıdır, lakin investisiyaların böyük olacağı, düşünürəm ki, aydındır”, - Baş nazir söyləyib.
Bununla belə, Paşinyan layihənin ümumi investisiya həcmi haqqında dəqiq açıqlama verməyib. Onun sözlərinə görə, məsələn, dəmir yollarının yenidən qurulması üçün tələb olunan xərclərin həcmini müəyyən etmək üçün texniki-iqtisadi hesablamalar aparılmalıdır.
Xatırladaq ki, yanvarın 13-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-yə səfəri zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədi ictimaiyyətə açıqlanıb.









