Amerika hərbçiləri İran limanlarını uğurla blokadaya alıb.
İran 5 ərəb ölkəsindən kompensasiya tələb edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperin bəyanatı CENTCOM-un rəsmi X səhifəsində dərc olunub.
“İran limanlarının blokadası uğurla təmin edilib, belə ki, ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdə dəniz üstünlüyünə nail olub”, – deyə admiral vurğulayıb.
Onun sözlərinə görə, ABŞ son 36 saat ərzində İranın dəniz ticarətini iflic vəziyyətə gətirməyə nail olub. (Trend)













