"Loğman Tibb və Stomatologiya Mərkəzi" MMC əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
İş Zaqatala Rayon məhkəməsində hakim Vüqar Məmmədovun icraatındadır.
Məhkəmə baxış iclası 24 sentyabr 2024-cü il, saat 16:00-a təyin edilib.