"Future Zone" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu üzrə cərimə oluna bilər.
FED.az xəbər verir ki, şrikə barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə iddası ilə irəli protokol sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxov.