"Conco” QSC ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları fəaliyyət qaydaları əleyhinə olan (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) inzibati xəta üzrə cərimə oluna bilər.
FED.az xəbər verir ki, inşat şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Suraxanı Rayon Məhkəməsində hakim Pərviz Muradov təyin edilib.