"Meqalizinq" MMC yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub
FED.az verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İşə Bakı şəhər Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılır.
Xatırladaq ki, “Meqa Lizinq” şirkəti 2014-cü ildə yaradılıb.