"Fibernet" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə cərimələnə bilər.
FED.az xəbər verir ki, internet provayderi barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə protokol irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.
Məhkəmə baxış iclası 18 oktyabr 2014-cü il, saat 16:15-ə təyin edilib.