BOKT “İdeal Kredit” MMC -yə idarəçilik qaydaları əleyhinə olan (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə görə maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsgərovanın icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 05.12.2023 tarixinə təyin edilib.