BOKT “İdeal Kredit” MMC idarəçilik qaydaları əleyhinə olan (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) inzibati xəta üzrə cərimə oluna bilər.
FED.az xəbər verir ki, BOKT barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə görə maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə;vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsgərovanın icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 05.12.2023 tarixinə təyin edilib.