“Bakı Sığorta" ASC “Azərmaş Alyans" MMC-ni məhkəməyə verib .
FED.az xəbər verir ki, iddianın qaldırılma səbəbi sığorta müqaviləsi öhdəlikləri üzrə mübahisələrdir.
Cavabdeh şəxs qisimində fiziki şəxs Mehtiyev Eldar Nazir oğlu da çıxış edir.
İş Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinov icraatındadır.
Məhkəmə baxış iclası 18 iyul 2024-cü il, saat 11:20-yə təyin edilib.