"Sabunçu İstehsalat Xidməti Bazası" ASC məhkəməyə verilib.
FED.az xəbər verir ki, ASC barəsində 5 nəfər birləşərək məhkəmə iddiası qaldırıb.
Məlumata görə bunlar Əliyev Ramiz İsmayıl oğlu, Rəcəbov Rəcəb Vəzir oğlu, Məmmədov Hidayət Qəşəm oğlu, Hüseynov Nizami Hüseyn oğlu və Mansurov Fəxrəddin Mansur oğludur.
Onların ASC barəsində məhkəmə iddiasının qaldırmasının səbəbi sair işlər-korporativ mübahisələrdir.
İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova təyin edilib.