Maliyyə Nazirliyi bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu yeniləyib.
İlin sonuna Azərbaycanda inflyasiyanın - 6-7 Faizədək Azalacağı Gözlənilir
FED.az xəbər verir ki, bu barədə nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.
Sənəddə deyilir ki, 2023-cü ilin büdcə layihəsi hazırlanan zaman İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlara əsasən, ÜDM 106 milyard manat, qeyri-neft-qaz ÜDM-i isə 73,3 milyard manat, real artım templəri isə müvafiq olaraq 2,7 %və 4,5 % götürülüb. Lakin, 2023-cü ilin ötən dövrünün makro-iqtisadi nəticələri ilə yanaşı, fiskal icra göstəriciləri və əmtəəbazarlarının konyukturası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirib.Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, 2023-cü ildə baza ssenari üzrə ÜDM-in real ifadə 1,8 % artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft-qaz ÜDM-nin real ifadədə 4,9 % artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.