Azərbaycanın Vergilər Nazirliyində rəhbərliyin dəyişməsi ilə daha bir yenilik baş verib. FED.az xəbər verir ki, fevralın 15-də vergi əməkdaşları uzun illərdən bəri ilk dəfə olaraq axşam saat 6-da evə buraxılıb. Xatırladaq ki, adı çəkilən nazirlikdə iş vaxtları adətən axşam saat 8-9-da başa çatırdı. Rübün və ya ilin axırında – nazirlik vergi planının icrası ilə bağlı gərgin iş rejimində çalışanda isə vergi əməkdaşları hətta gecədən keçmişə qədər iş yerində olmalı idilər. İndi isə vəziyyət dəyişib, nazirlikdən FED.az-a verilən məlumata görə, «otboy» elan ediləndə işçilərin bir hisəsi bunun həqiqət olduğuna inanmayaraq işləməkdə davam ediblər. Yalnız təkrar elan edildikdən sonra işçilər nazirliyi tərk ediblər.
Xatırladaq ki, dekabrın 5-də Vergilər Nazirliyinin rəhbərliyi dəyişib, əvvəlki nazir Fazil Məmmədov vəzifəsindən azad edilərək, onun yerinə Mikayıl Cabbarov təyin edilib.
Yeni nazir təqribən 2 ay sonra – fevralın 13-də keçirilən tədbirdə etdiyi ətraflı çıxışda nazirliyin yeni iş prinsiplərini açıqlayıb. Çıxışa buradan baxmaq olar.
Əsas yeniliklər intizamın yüksəldilməsi və nazirliyin tamamilə qanuna uyğun fəaliyyət göstərməsidir. «Biz mədəni, amma çox sərt danışacağıq» ifadəsi yeni nazirin iş prinsipini tam əks etdirir.
Vergilər Nazirliyində ilk – SAAT 6-DA «OTBOY»
12:51
16 Fev 2018