Rusiya "Sberbank"ı Türkiyənin "Dənizbank"ında payın satılması məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Emirates NBD" bankı ilə müzakirələrə başlayıb. TASS agentliinin məlumatına görə, bu barədə "Sberbank"ın mətbuat xidməti xəbər yayıb.
Məlumatda bildirilir ki, hazırda müzakirələr ilkin mərhələdədir və anlaşma ilə bağlı dəqiq məlumat yoxdur: "Sberbank" mütəmadi olaraq bazarda potensial imkanları nəzərdən keçirir. Ciddi dəyişikliklər olduğu təqdirdə, bu barədə elan veriləcək".
Öz növbəsində "Emirates NBD" də xəbəri təsdiq edib.
Qeyd edək ki, Sberbank"ın "Dənizbank"da payı 100%-dir. Bankın Türkiyənin 81 bölgəsi və ölkə xaricində 738 şöbəsi və 15 min işçisi var.