Sahibkarlığın İnkişafı Fondu (SİF) yaxın gələcəkdə sığorta təminatına dair məhsul buraxmasını planlaşdırmır.
Eldar Həmidov: "Qarabağda fəaliyyət göstərən sahibkarların 22 layihəsinə 32,3 milyon manat kredit verilib"
FED.az xəbər ki, bunu Sahibkarlığın İnkişafı Fondunun əməkdaşı Rüstəm Əliyev "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.
"Sahibkarlığın İnkişafı Fondu zəmanət məsələsində operator rolunda çıxış edir, layihələrin təhlil olunması və bu proseslərin icra edilməsi üçün. Riskin bölüşdürülməsinə bağlı zənanət isə kredit məbləğinin 90% hissəsinə dövlət zəmanəti verilir. Yəni, burada risk tam olaraq 100 % bölüşdürülmür. Daha doğrusu riskin 90%-i dövlətin, 10%-i isə bankda qalır. Bununla riskin bölüşdürülməsi baş verir. Bilirsiniz ki, fondun əsas fəaliyyət istiqaməti zəmanətlərin verilməsi deyil fond yalnız nizamnaməsinə əsasən xüsusi hallarda dövlət zəmanəti və subsidiya mexanizmini işə salır.
Azərbaycanda zəmanət mexanizmi ilə məşğul olan İpoteka və Kredit Zəmanət fondu var. Onların əsas mandatı zəmanət məhsulunu işləmətməkdir. Fond isə yalnız xüsusi hallarda, Prezidentin fərmanı və Nazirlər Kabinetinin qərarı ilə bu məhsulu işə sala bilər. Biz bunun təcrübəsini COVID-19 zamanı yaşadıq. Bu çox müsbət təcrübə oldu, banklar bizim təqdim etdiyimiz zəmanət məhsulundan aktiv şəkildə istifadə etdilər. Birdə Prezident İlham Əliyevin fərmanı ilə işğaldan azad olunmuş ərazilərə xüsusi dövlət zəmanətinin verilməsi nəzərdə tutulmuşdur. Fondun yaxın gələcəkdə sığorta təminatı ilə bağlı məhsulun buraxması nəzərdə tutulmayıb" - deyə o öz çıxışında məlumat verib.