Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib ki, BVF-nin proqnozlarına görə, 2023-cü il dünya iqtisadiyyatı üçün çətin olacaq.
FED.az xəbər verir ki, BVF rəhbərinin Çində keçirilən Boao Asiya Forumunda çıxışının mətnində deyilir: "Qlobal iqtisadiyyat artıq bir müddətdir ki, təlatümlü mühitdə olub, şokdan sonra şok yaşayır.Biz 2023-cü ilin daha çətin il olacağını gözləyirik".
Georgiyeva qeyd edib ki, Ukraynadakı münaqişənin nəticələri və dünyada pul siyasətinin sərtləşdirilməsi 2023-cü ildə 3%-dən az olacağı proqnozlaşdırılan qlobal ÜDM-in artım tempinə mənfi təsir etməkdə davam edəcək.
Çərşənbə axşamı Çinin Haynan adasındakı Boaoda qeyri-rəsmi olaraq “Şərqi Davos” adlandırılan Asiya İqtisadi Forumu açılıb. (Marja)