Palatanın əməkdaşları Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli xüsusi internat məktəbində yaşayan fiziki və əqli qüsurlu uşaqlar üçün əyləncəli tədbir təşkil ediblər. Kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqları ziyarət edərək, onları sevindirmək və mənəvi dəstək göstərmək məqsədilə daxildə ianə də toplanıb.
Uşaqlar zehni inkişaf etdirən oyuncaqlar, geyimlər və digər hədiyyələr xüsusi qayğıya ehtiyac duyan 80 nəfərdən çox uşağa sevinc bağışlayıb.

