Kredit portfelinin artımı cari ilin noyabr ayında davam edib.
Bank sektorunda son vəziyyət - AÇIQLANDI
Mərkəzi Bankdan FED.az-a bildirilib ki, hesabat ayında bankların kredit portfeli 1,1 faiz və ya 287,6 milyon manat artaraq 27,368.1 milyon manat olub. Kredit portfelinin strukturunu biznes kreditləri – 53,9 faiz (14,746.7 milyon manat); istehlak kreditləri – 30,8 faiz (8,422.9 milyon manat) və ipoteka kreditləri – 15,3 faiz (4,198.6 milyon manat) təşkil edir.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,2 faiz bəndi azalaraq 1,7 faiz təşkil edib.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80,6 faizi və ya 35,192 milyon manat. Depozit portfelinin 60,6 faizi (21,332.1 milyon manat) hüquqi şəxslərin, 39,4 faizi (13,859.9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.