Maliyyə Nazirliyi eyni zamanda büdcə vəsaitləri ilə həm depozit və istiqraz hərraclarının keçirilməsinin səbəblərini açıqlayıb.
AMB: Maliyyə Nazirliyinin depozit hərracları likvidliyi artırıb
FED.az xatırladır ki, bu ilin əvvəlindən etibarən ilk dəfə olaraq Maliyyə nazirliyi büdcə vəsaitlərinin banklarda depozit kimi yerləşdirilməsi ilə bağlı hərraclar elan etməyə başlayıb.
Büdcədə daha 167 milyon manat yeyinti tapılıb – NƏZARƏT TƏDBİRLƏRİ
Bu üsulla ölkənin iri banklarına mütəmadi olaraq illik 7-8% faiz gəlirliliklə iri məbləğlər yerləşdirilir. Nazirlik bu fəaliyyətə başlayanda paralel olaraq indiyədək buraxılmış bəzi dövlət istiqrazlarının – büdcənin borc sənədlərinin geri alınmasına başladı. Başqa sözlə, Azərbaycanın dövlət büdcəsi qısa müddətdə bor götürəndən borc verən tərəfə çevrildi.
İyun ayından etibarən isə Nazirlik dövlət istiqrazlarının buraxılmasını yenidən bərpa edib. Artıq bir neçə dəfə həyata keçirilən istiqraz buraxılışları çərçivəsində nazirliyin 1080 günlük (yəni 3 illik) və 720 günlük (təqribən 2 illik) müddətdə istiqrazları buraxılıb və bu proses davam etməkdədir.
Nazirliyin eyni vaxtda ilk baxışdan bir-birinə zədd əməliyyatlar aparması diqqəti gəlb edib və suallar yaradıb. Məsələ bundadır ki, depozit hərraclarında büdcədəki artıq vəsaitlər banklara yerləşdirilir və müəyyən gəlir əldə edilir. İstiqraz buraxılışlarında isə, əksinə, büdcə borclanır.
Maliyyə Nazirliyi FED.azın sorğusuna cavab olaraq bu məsələyə aydınlıq gətirib. Nazirlikdən FED.az-a verilən məlumata görə, iki əməliyyat bir-birinin əksi kimi görünsə də əslində bu əməliyyvatlar fərqli məqsədə xidmət edir.
«Bildiyiniz kimi, cari ildən etibarən Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunmasını təmin etmək məqsədilə vahid xəzinə hesabında milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi istiqamətində depozit hərraclarının keçirilməsinə başlanılıb. Depozit hərracları çərçivəsində dövlət büdcəsinin il ərzində icrası nəticəsində büdcədə yaranan müvəqqəti artıq vəsaitlərin effektiv idarə olunması və nəticə etibarilə dövlət büdcəsində əlavə gəlirlərin formalaşdırılması məqsədilə qısamüddətli – əsasən 3 ayadək dövr üçün yerli banklarda depozitə yerləşdirilir.
Dövlət istiqrazlarının emissiyası isə tamamilə başqa məqsədlərə xidmət edir. Beləki, dövlət istiqrazları əsasən uzunmüddətli dövr üzrə emissiya olunur və müvafiq il üzrə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və vaxtı çatan əsas borc ödənişlərinin təkrar maliyyələşdirilməsi məqsədilə həyata keçirilir. Eyni zamanda bu, həm daxili maliyyə bazarının inkişafını təşviq edir, həm də investisiya alətlərinin əlçatanlığının təmin edilməsi məqsədlərinə xidmət edir».
Başqa sözlə, nazirliyin açıqlamasına görə, depozitlər qısamüddətli, istiqrazlar isə uzunmüddətli alətlər olduğuna görə fərqli məqsədə xidiət edir:
«Depozitlər müvəqqəti likvidlik idarəetmə vasitəsidirsə, istiqrazlar dövlətin uzunmüddətli maliyyə strategiyasının və borc idarəçiliyinin mühüm alətidir».