“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan və əlaqəli reytinqlərə dövri baxış keçirib.
FED.az biznes və malityyə xəbərləri portalı xəbər verir ki, bu barədə agentliyə istinadən xəbər verir.
Açıqlamada deyilir ki, Azərbaycanın reytinqləri, o cümlədən Baa3 uzunmüddətli emitent reytinqi, hökumətin iri həcmli xalis kreditor mövqeyi ilə dəstəklənir. Bu mövqe əsasən Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) balansında olan əhəmiyyətli maliyyə aktivləri hesabına formalaşıb. Neft Fondu hökumət üçün mühüm maliyyə buferi yaradır və likvidlik, eləcə də xarici zəiflik risklərini azaldır.
Agentlik bildirir ki, pul-kredit və makroiqtisadi siyasət çərçivəsində aparılan islahatlar xarici mövqenin və maliyyə sisteminin şoklara qarşı dayanıqlığını gücləndirir.
Fiskal buferlərin səmərəli istifadəsi isə əks-tsiklik xərcləmələrə imkan yaradır və fiskal göstəricilər və dövlət borcu üzrə potensial pisləşməni məhdudlaşdırır.
“Moody’s”in qiymətləndirməsinə görə, Azərbaycanın krefit reytinqi “ba1” səviyyəsindədir. Bildirilir ki, ölkənin neft-qaz sektorundan yüksək aslılığıma baxmayaraq orta müddətli artım perspektivlərinin müsbət olması gözlənilir.
Bununla yanaşı agentlik bildirir ki, dövlər institutları və idarəetmə göstəricisi “ba2” səviyyəsindədir. İslahatlar nəticəsində tədricən yaxşılaşma müşahidə olunsa da, korrupsiyaya nəzarət və hüququn aliliyi sahələrində problemlər qalmaqdadır.
Agentlik Azərbaycanda hadisə risklərinə həssaslıq səviyyəsini “ba” səviyyəsində qiymətləndirir, bu əsasən Ermənistanla münasibətlərdən irəli gələn geosiyasi risklərlə bağlıdır.
Ölkənin kredit profilinə müsbət təsir göstərə biləcək digər amil Azərbaycan ilə Ermənistan arasında iqtisadi və diplomatik münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşmasıdır ki, bu da geosiyasi gərginliyin yenidən alovlanma ehtimalını azalda bilər.
Azərbaycanın ESG Kredit Təsir Göstəricisi mənfi (CIS-4) olaraq qalır və bu, əsasən qlobal karbon keçidi ilə bağlı uzunmüddətli ekoloji risklərlə izah olunur. Müsbət proqnoz islahatların davam edəcəyi, iqtisadiyyatın və fiskal gəlirlərin karbohidrogen sektorundan asılılığının azalacağı, eləcə də yaxın dövrdə reytinqin endirilməsi ehtimalının aşağı olduğu gözləntisini əks etdirir.









