Dünya bazarında neftin qiyməti bir qədər yüksəlib.
FED.az xəbər verir ki, avqustun 7-də London beynəlxalq əmtəə birjasında keçirilən həftənin son hərraclarında “Brent” neftinin ixracına dair 2026-cı ilin oktyabr müqaviləsinin dəyəri 1 dollar və ya 1,29% artaraq 1 barelə görə 83,55 dollar təşkil edib.
Neft okeanın o tayında da bahalaşıb. Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin sentyabr ayı üzrə müqavilələrdə WTI markalı neftin 1 barelinin qiyməti 0,9 dollar və ya 1,15% artaraq 78,18 dollara yüksəlib.
Bununla yanaşı, ümumilikdə bu həftə neftin qiyməti ucuzlaşıb.
Belə ki, Brent markalı neft ötən həftəni 87,93 dollar qiymətlə, WTI nefti 84,67 dollarla tamamlamışdı.
Yəni son 1 həftə ərzində Brent neftinin qiyməti 4,5 dollar, WTI nefti 6,5 dollar ucuzlaşıb.












