ABŞ-ın xəzinə naziri Steven Mnuchin, ötən həftə Davosdakı "zəif dollar ABŞ-ın xarici ticarəti üçün müsbətdir" açıqlaması ilə dolları ucuzlaşdırmaq kimi bir niyyətinin olmadığını deyib.
FED.az xəbər verir ki, Senatın Bank Komitəsinin Çərşənbə günü keçirdiyi tədbirdə danışan Mnuchin, "Açıq danışacağam: Uzun perspektivdə ölkəmizə ən böyük fayda təmin edəcək güclü dolları tamamilə dəstəkləyirəm. Müdaxilə etmədiyimiz azad bir valyuta bazarımız var. Dolların qısa dövrdə ucuzlaşmasından narahat deyilik" şəklində danışıb.
Mnuchin, "zəif dollar" açıqlamasına dair, mətbuatın tək bir tərəfə fokuslandığını bildirib.