Mərkəzi Bank 2018-ci ildə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyəə salınmasına yönəldəcək. FED.az xəbər verir ki, 2017-ci ildə manatın məznnəsini sabit saxalamağa müvəffəq olan ölkənin maliyyə tənzimləyicisi inflyasiya faktorunda uğur qazana bilmədi. Ötən il Azərbaycanda 13-14%l-dək inflyasiya qeydə alındı.
Mərkəzi Bankın məlumatına görə, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək. Hədəf isə 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamaqdır.
Qeyd edək ki, inflyasiya istehlak qiymətləri indeksi (İQİ) əsasında hesablanır. Əhalinin həyat səviyyəsinin müəyyən edilməsində İQİ mühüm göstəricilər sırasındadır. Bu indeks göstəricisi 2017-ci ilin yanvar ayənda 12,9% olub və bəzi aylarda daha yüksəlib. Lakin il sonunda yenə də 12,9% olmaqla ikirəqəmli inflyasiya göstəricisinə səbəb olub.