Mərkəzi Bank tərəfindən yeni AZQR standartları hazırlanıb və bu yalnız "Birbank" tətbiqində deyil, bütün digər banklarda da tətbiq olunmağa başlayacaq.
Azərbaycanda AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbində keçirilən "Banklar forumu və sərgisi" adlı tədbirdə Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva deyib.
AMB-nin sədr müavini QR ödənişlərinin dayanıqlılığa təsirlərindən də danışıb:
"QR ödənişləri üçün heç bir fiziki karta və fiziki olan digər alətlərə ehtiyac yoxdur. "Mastercard", "Visa" kimi beynəlxalq ödəniş sistemləri var. Bu ödəniş sistemlərinə məxsus kartlarla ödəniş olunan zaman banklar həmin sistemlərə bir sıra haqqlar ödəyirlər. Amma QR kodlar vasitəsilə ödənişlər bütün bu növ əlavə xərclərdən, əlavə kart istehsalından yayındırır. Bu da, istər bankların özünü, istər maliyyə sektorunu, istəsə də yekunda hər bir istehlakçını əlavə xərclərdən xilas etmiş olur".
"Banklar tərəfindən təklif olunan "kəşbək"lər də ilkin olaraq reklam xarakterli olsun deyə müştəri cəlb etmək üçün istifadə olunan bir alətdir", - deyə o, əlavə edib.











