Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca səbəbi borclarını geri qaytarmasıdır. FED.az xəbər verir ki, kredit və valyuta borclarını geri alan Mərkəzi Bank hazırda 5 milyard 381 milyon ABŞ dolları həcmində ehtiyatlara malikdir.
Ölkənin baş bankiri Elman Rüstəmovun sözlərinə görə, banklara svop yardımlar ediblər: "Onlardan valyuta götürüb manat likvidliyini təmin etmişdik. Bu artım həmin svop yardımları geri qayıtması ilə əlaqədardır. Mərkəzi Bank bazarda valyuta auksionlarında iştirak etmir, biz nə valyuta satırıq, nə də valyuta alırıq. Biz islahatlar aparırıq və qaydalı siyasətə keçəcəyik".
E.Rüstəmov bildir ki, qaydalı monetar və fiskal siyasət koordinasiyanı daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək. bu yolla iqtisadi risklərin aradan qaldırılması potensialı Azərbaycanda təmin ediləcək.
Mərkəzi Bank pullarını banklardan geri çəkdi
15:56
12 Fev 2018