Mərkəzi Bank blokçeyn texnologiyası əsasında pilot layihənin reallaşdırılmasına başlayacaq. FED.az xəbər verir ki, bununla bağlı qurumun bugün yadığı məlumatda bildirilir ki, nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Müasir ödəniş infrastrukturundan istifadəni əhəmiyyətli yaxşılaşdırmaq məqsədilə Mərkəzi Bank son dövrlərdə sürətlə populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri izləyir.
Eyni zamanda bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılması üzrə pilot layihənin reallaşdırılması nəzərdə tutulur.