2022-ci il üçün dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə ayrılmış vəsaitin 24 mln manatına qənaət ediləcəyi gözlənilir.
Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb - FƏRMAN
FED.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.
O, son iki ilin qənaət rəqəmlərini vurğulayıb: "2020-ci ildə bu qənaət 32,3 mln manat, 2021-ci ildə isə 38,4 mln manat olub. Ümumilikdə, 2020-2021-ci illərdə dövlət büdcəsinə 70,7 mln manat qaytarılıb".
Nazir qeyd edib ki, təkcə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin büdcədən kənar daxilolmalarının idarəçiliyi sahəsində 2022-ci ilin ilk 10 ayı ərzində 523 406 manat dövlət büdcəsinə ödənilib: "Bu rəqəm 2019-cu illə müqayisədə 61 faiz artıqdır. 523 406 manatın 328 604 manatı mədəniyyət evlərinin, 180 069 manatı musiqi məktəblərinin, 14 733 manatı isə kitabxanaların payına düşür". (Apa)