Milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə dövlət istiqrazları bazarı 48%, not bazarı isə 19,4 dəfə artıb. FED.az xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazlar həmçinin daxildən borclanma siyasətinə xidmət edir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən, dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikası müəyyən edilib.
Dövlət qiymətli kağızları |
|
||||||
|
2017 |
2016 |
məbləğ üzrə |
bazar payı |
|
||
əqd sayı |
məbləğ (AZN) |
əqd sayı |
məbləğ (AZN) |
|
|||
|
|||||||
Dövlət qiymətli kağızları |
1,096 |
6,066,555,138 |
282 |
836,158,060 |
7,3 dəfə |
100% |
|
Dövlət istiqrazları |
487 |
839,418,428 |
261 |
567,402,693 |
48% |
14% |
|
İlkin bazar* |
396 |
794,518,615 |
207 |
421,490,193 |
89% |
|
|
Təkrar bazar |
91 |
44,899,814 |
54 |
145,912,500 |
-69% |
|
|
Mərkəzi Bankın notları |
609 |
5,227,136,710 |
21 |
268,755,367 |
19,4 dəfə |
86% |
|
İlkin bazar** |
602 |
5,185,738,095 |
21 |
268,755,367 |
19,3 dəfə |
|
|
Təkrar bazar |
7 |
41,398,615 |
0 |
0 |
|
0 |
|
* Dövlət istiqrazları üzrə yerləşdirilmiş nominal həcm – 849,816,900 manat
** Notlar üzrə yerləşdirilmiş nominal həcm – 5,384,071,600 manat
Hesabat dövründə Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə fond birjasında 50 hərrac keçirilib və nəticədə ilkin bazarda əqdlərin həcmi ötən illə müqayisədə 19,3 dəfə artaraq 5,2 mlrd. manat olub. Notların təkrar bazarında 2016-cı ildə əməliyyat aparılıb, lakin hesabat dövründə bazarın həcmi 41 mln. manat təşkil edib. Hərraclarda notlarla bağlanmış əqlər üzrə orta çəkili gəlirlilik 10,89% olub.
Hesabat dövründə dövlət istiqrazlarının yerləşdirilməsi üzrə fond birjasında 45 hərrac keçirilib və nəticədə ilkin bazarda əqdlərin həcmi ötən illə müqayisədə 89% artaraq 795 mln. manat təşkil edib. Dövlət istiqrazlarının təkrar bazarı hesabat dövründə 69% azalaraq 45 mln. manat olub. Dövr ərzində manatla yerləşdirilmiş qısamüddətli dövlət istiqrazları ilə bağlanmış əqdlər üzrə orta çəkili gəlirlilik 10,15%, ortamüddətli dövlət istiqrazları ilə bağlanmış əqdlər üzrə orta çəkili gəlirlilik 13,08%-dir.