Maşınlardan 1-i "Azərsu" ASC-nin, 1-i “Bakı Metropoliteni” QSC-nin, 1-i DİN-nin, 2-si isə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinın balansındadır.
Maşınların istehsal tarixləri 1989-2009-cu illəri əhatə edir. Qiymətlər isə 1 200- 10 000 manat arasında dəyişir.
"Azərsığorta"nın balansında olan "VAZ-2106" markalı maşnın ilkin satış qiyməti 1 200 manat müəyyən edilib. Maşın 2005-ci ilə aiddir.
Şirkətin balansında olan "KİA RİO" isə 5 000 manata satılır.
Siyahıda ən baha satılan maşın 2008-ci ilə aid olan "Ford Transit"dir. Onun ilkin satış qiyməti 10 min manat müəyyən edilib.
Hərraca çıxarılan "KAMAZ"lar isə 2 000 və 6 300 manata satılır.
Qeyd edək ki, hərracda iştirak etmək istəyən şəxslər maşınların ilkin satış dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.
Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
- Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
- Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.