Azərbaycanda yeni rəqəmsal və ellektron maliyyə xidmətlərinin tətbiqi təkcə bankları deyil, digər qurumları, ödəniş sistemlərini də əhatə edəcək. Bu barədə FED.az-a Beynəlxalq Maliyyə Korporasiyasının (BMK- IFC) Elektron və rəqəmsala maliyyə xidmətləri layihəsinin Azərbaycandakı nümayəndəsi Teymur Heybətov bildirib. Onun sözlərinə görə, yeni layihə Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Mərkəzi Bankı ilə birgə reallaşdırılır.
T.Heybətovun sözlərinə görə, layihə çərçivəsində özəl sektorla da əməkdaşlıq başlayıb: «Özəl sektorla işləmək üçün 3 işçi qrupp yraatmışıq. Bunlar interfunksionallıq, qanunvericilik və maliyə savadlılığı məsələlərini əhatə edir».
Eləcə də bax: Kredit alanlara reytinq veriləcək – YENİ SİSTEM
Layihənin məqsədi əhalinin maliyyə xidmətlərinə çıxış imknalarının artırılmasıdır. Doğrudur, indii də banklar elektron və bəziləri rəşəmsal maliyyə xidmətləri göstərirlər. Amma İFC nümaynədəsi bildirir ki, başqa ölkələrdə belə xidmətlər daha geniş yayılıb: «Ona görə də biz istəyirik ki, maliyyə xidmətəri təkcə Bakıda deyil, regionlarla, hətta ucqar kəndlərdə də işləsin».
Layihənin reallaşdırılması üçün qanunverici bazar yenilənməlidir. Hazırda bu məsələ ilə bağlı Maliyyə Palatası və Dünya Bankı Qrupu işləyir. Qanunvericilik yeniləndikdən sonra bu işlərin reallaşması və xidmətlərin təşkili daha asan olacaq: «Maliyyə xidmətləri təkcə bank sistemini əhatə etməyəcək. Bu ödəniş sistemləri də ola bilər – hazırda «fintek» tipli belə sistemlər Azərbaycanda da fəaliyyət göstərir. Bundan başqa, telefon operatorları və digər qurumlar da belə məhsullar təqdim edə biləcəklər»-deyə T.Heybətov bildirib.