“Microsoft” şirkəti 2017-ci ilin dekabrın 31-də yekunlaşmış rüb üzrə hesabatını açıqlayıb.
2016-cı ilin eyni dövrü ilə müqayisədə “Windows” tərtibatçısının gəlirləri 12 faiz artaraq 28,9 milyard dollar təşkil edib.
Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 8,7 milyon dollar olub ki, bu da ötən ilki göstəricidən 10 faiz çoxdur. Amma rübün nəticələrinə görə, şirkətin xalis zərəri 6,3 milyard dollar olub. GAAP metodologiyası ilə hesablamada isə bu, tamamilə başqa nəticə verir – şirkət rüb ərzində 7,5 milyard dollar həcmində xalis mənfəət əldə edib.
“Productivity and Business Processes” bölməsinin gəlirləri 9 milyard dollar təşkil edib ki, bu da bir ildə nəticənin 25 faiz yaxşılaşdırılması deməkdir. “Intelligent Cloud” bölməsi şirkətə 7,8 milyard dollar gəlir gətirib ki, bu da illik nisbətdə 15 faiz çoxdur.
Nəhayət, “More Personal Computing” bölməsi 12,2 milyard dollar qazanıb ki, bu da bir il əvvəlki nəticədən 2 faiz çoxdur.
©lent.az