“Kapital Menecment” investisiya şirkətinin direktoru Ruslan Cəfərov və baş mühasibi Gülnarə Səlimi işdən çıxıblar.
Şirkətin məlumatına görə, “Kapital Menecment”ə hələ ki, yeni direktor təyin edilməyib. Bu məsələ yaxın günlərdə öz həllini tapmalıdır. İnvestisiya şirkətinin baş mühasibi vəzifəsinə isə Xəlil Hüseynov gətirilib. O, həm də baş direktoru müvəqqəti əvəz edir.
R.Cəfərovun yeni iş yeri məlum olmasa da, G.Səliminin “PSG Kapital” investisiya şirkətində mühasib vəzifəsinə təyin edildiyi bildirilir. Yeri gəlmişkən, hazırda bu şirkətdə direktor müavini vəzifəsində çalışan Cəfər İbrahimli vaxtilə “Kapital Menecment” investisiya şirkətinin Müşahidə Şurasının üzvü olub.a