ABŞ-ın “Fitch” reytinq agentliyi İstanbuldakı ofisini bağlayıb.
FED.az xəbər verir ki, bu barədə agentliyin bəyanatında məlumat verilib.
Bildirilib ki, “Fitch” agentliyi Türkiyə ilə əməkdaşlığını davam etdirəcək və bu əməkdaşlıq agentliyin digər ölkələrdəki ofisləri vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, “Fitch” agentliyinin İstanbul ofisi 1999-cu ildən fəaliyyət göstərirdi.