Yanvar ayında bankların kredit portfeli 0,4 faiz və ya 75,2 milyon manat artaraq 19 milyard 669,6 milyon manat olub.
Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artığı - TƏLƏB OLUNMAYACAQ
FED.az Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturuna biznes kreditləri – 55,2 faiz (10 milyard 845,6 milyon manat), istehlak kreditləri – 29,5 faiz (5 milyard 811,9 milyon manat) və ipoteka kreditləri – 15,3 faiz (3 milyard 12,2 milyon manat) daxildir. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,2 faiz bənd azalaraq 2,9 faiz təşkil edib.