İpoteka və Kredit Zəmanət Fonduna bu il investisiya xidmətlərinin göstərilməsi ilə bağlı elan edilmiş açıq tender başa çatıb.
Fondun məlumatına görə, tenderdə 1-ci lot (qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi xidməti) üzrə qalib "AzFinance İnvestisiya Şirkəti" QSC, 2-ci lot (qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi) üzrə qalib isə "PSG-Kapital İnvestisiya Şirkəti" QSC olub.
Hər iki şirkətlə satınalma müqavilələri imzalanıb.