20 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104002685 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 23 investor tərəfindən qiyməti intervalı 87.7784 AZN (13.9999%) və 93.0588 AZN (7.5000%) olan 37 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92.6301 AZN (8.0001%), orta ölçülmüş qiyməti 92.6980 AZN (7.9205%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 165 189 900 AZN, yerləşdirilmiş həcmi isə 35 mln manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 19 fevral 2019-cu il.
Hərrac iştirakçıları 21 fevral 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
İnvestorlar istiqraz ala bilmədilər: Tələb 5 dəfə çox oldu
16:31
20 Fev 2018