Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə heyəti növbəti iclasını keçirərək uçot faiz dərəcəsində heçbir dəyişiklik etməyib və gələcək 3 ay ərzində faiz qərarında heçbir dəyişiklik etməyəcəyini bildirib.
İqtisadçı ekspert Cəfər İbrahimli FED.az-a bildirib ki, bu qərar MB-ni mövcüd göstəricilərə görə cox rahat oldugunu və qısa müddətdə iqtisadi sferada ciddi kataklizmilərin olmayacağını proqnozlaşdırır və iqtisadi subyetlərə rahat olmalarını məsləhət görür. Diğər ciddi məsələ cari ildə bank likvidliyinin artması kredit həcmini kəskin azalması ilə əlaqələndirilir hətta MB-nin bazarı maliyələşdirmə dərəcəsinin(15-18% aralığında) bu qədər yüksək olduğu şəraitdə iqtisadi böyüməyə nail olunduğunu hətta qanedici olduğu vurgulanır.
Ekspertin sözlərinə görə, üçüncü ən vacib məsələ inflasiya təzyiqlərinin davam etdiyini və çox böyük ehtimalla buna bağlı olaraq faiz dəyişikliyi etmədiyi təxmin olunur. Faizin yuxarı olması vətədasların istehlaka deyil yığıma yönəlməsi inflasiya təzyiqini azaldacağı proqnozlaşdırılır. Eyni zamanda Not və depozit hərracları ilə pul kütləsinin azaldılması əməliyyatı həyata keçirilir amma cari ildə pul bazasının artığı vugulanır. Hələ də pul kütləsini daha ucuz maliyyətlə tənzimləmək üçün məcburi ehtiyat normalarının dəyişdirilməsinə ehtiyac görülməyib.Cari ildə həm uçot dərəcəsinin yüksək saxlanması həm də Bazar əməliyyatları ilə pul kütləsinin azaldılması infliyasiya təyiqlərinin azalmasına ciddi dəstək olmadığı müşahidə olunur. Ümumi nəticə bunu göstərir ki, ölkədəki inflasiya tələb deyil idxala baglı olan maliyyət artışından qaynaqlanır və bunu pul siyasəti ilə tənzimləmək çətin məsələdir.
"İndiki vəziyyət Mərkəzi Bankı qane edir" - EKSPERT
14:03
15 Noy 2017