Sabahdan Azərbaycanda bu ilki Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.
Fevralın 12-dən Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (QMi) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4Х6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.