2017-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən biznes layihələrinə 146 milyon manat güzəştli kredit ayırılıb.
Fondun məlumatlarına görə, diqqəti cəlb edən, kreditlərin 80%-nin və ya 116 milyon 870 min manatının 37 iri layihəyə ayırılmasıdır. Kiçik həcimli 1875 layihəyə cəmi kreditlərin 14%-i və ya 20 milyon 189 min manatı yönəldilib.
41 orta həcimli layihə üzrə isə cəmi 8 milyon 941 min manat kredit verilib.
Güzəştli kreditlərin 64.1%-i və ya 93 milyon 625.5 min manatı kənd təsərrüfatı məhsullarının istehsalı layihələri üzrə verilib.